İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var
ABŞ-ın iyunun 27-dən etibarən İrana hücumlarında ölənlərin sayı 50-yə çatıb, 500-dən çox insan yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölənlər arasında 5 qadın və yaşı 18-dən aşağı iki nəfər var.