Odessa bölgəsində ruslar xarici gəmini vurub: bir nəfər ölüb, 17 dənizçi təxliyə edilib
Odessa bölgəsində Rusiya təyyarələrinin hücumu nəticəsində Venturo quru yük gəmisi zədələnib, bir nəfər ölüb, 17 dənizçi təxliyə edilib.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri “Facebook” səhifəsində məlumat yayıb.
“Rusiyanın zərbəsindən sonra Venturo quru yük gəmisi zədələnib və hərəkət mexanizmi sıradan çıxıb. Mülki şəxslər arasında ölən var. Təhlükəyə baxmayaraq, hərbi dənizçilər kömək göstərmək üçün dənizə çıxıblar”, – deyə hesabatda bildirilir.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqlarının heyətləri xilasetmə əməliyyatını uğurla həyata keçiriblər və nəticədə Filippin vətəndaşı olan 17 mülki dənizçi sahilə təxliyə edilib.