Bəqai: İran ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır

Reklam sahəsi

İran hazırda ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır və ölkə ərazisinin müdafiəsinə hədəflənib.

Elchi.az CNN-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

“Hazırda danışıqların aparılması ilə bağlı planlarımız yoxdur, biz ölkənin müdafiəsinə hədəflənmişik”, – Bəqai deyib.

Onun sözlərinə görə, ABŞ öz öhdəliklərini pozarsa, İran heç bir razılaşmaya əməl etməyəcək.

“Bu, sadiq qalmaqda davam edəcəyimiz bir prinsipdir”, – İran XİN rəhbəri vurğulayıb.

Bəqai bildirib ki, Tehran ABŞ-nin elə əvvəldən atəşkəs rejiminə riayət etmədiyini hesab edir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir