Pakistan Çini ABŞ və İran arasında qarant olmağa çağırır
İslamabad, Pekinin Vaşinqton və Tehran arasında gələcək razılaşmanın qarantı qismində çıxış etməsində israr edir.
Elchi.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, İran və ABŞ arasındakı danışıqlar prosesində baş vasitəçi olan Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir, şənbə günü Çinə dörd günlük rəsmi səfərə başlayan Pakistanın baş naziri Şahbaz Şərif ilə birlikdə Pekindədir. Mənbələr Munirin Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Tsyan ilə keçirilən görüşdə onu müşayiət etdiyini təsdiqləyiblər.
Məryəm