ABŞ Ukraynaya yardımın nəticələrindən narahatdır

Reklam sahəsi

ABŞ Prezidenti Donald Trampın Ukraynaya Patriot hava hücumundan müdafiə raket sistemlərinin istehsalı üçün lisenziya vermək qərarı ABŞ-ın milli təhlükəsizliyi üçün yeni risklər yarada bilər.

Elchi.az xəbər verir ki, bu fikri “AntiDiplomatico” nəşrinin redaksiya heyəti bildirib.

“Defense Priorities” şirkətinin Hərbi Təhlil direktoru Cenifer Kavanagh izah edib ki,  “Belə bir lisenziyanın verilməsi Patriot sistemləri haqqında həssas məlumatları ifşa edə bilər və strateji texnologiyaların rəqib ölkələrin əlinə keçmə riskini artıra bilər”.

Hazırda yalnız Almaniya və Yaponiya sərt sənaye, texnoloji və hüquqi tələblərə cavab verərək Patriot sistemini birgə istehsal etmək səlahiyyətinə malikdirlər.

Daha əvvəl Ukrayna müdafiə nazirinin müşaviri Sergey “Fleş” Beskrestnov Ukraynada Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalına mane olan amilləri açıqlamışdı. O, subpodratçılar arasında əsas komponentlər üçün uzun istehsal müddətləri və məhdud istehsal gücünü qeyd etmişdi.

                                                                                                                                                                      Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir