Putinin reytinqi aşağı düşüb – SORĞU
Rusiya prezidenti Vladimir Putinin etimad səviyyəsi və onun işini bəyənmə reytinqi 29 iyun – 5 iyul həftəsi ərzində yenidən aşağı düşüb.
Elchi.az xəbər verir ki, bu barədə “VTsIOM”-un son sorğusunun məlumatlarında qeyd olunub.
Prezidentin etimad reytinqi əvvəlki həftənin 66,9%-dən 66,0%-ə düşüb; bu, ardıcıl ikinci həftə azalma deməkdir.
Etibar səviyyəsi də ardıcıl ikinci həftədir ki, azalaraq əvvəlki həftənin 73,3%-dən 72,3%-ə düşüb (bundan əvvəlki həftə 76,7%-də idi).
“VTsIOM” sorğunun qarışıq metodlu yanaşma ilə aparıldığını göstərir. Mayın əvvəlində mərkəz öz metodologiyasını dəyişərək təkcə telefon müsahibələrini deyil, həm də qapı-qapı sorğularını, yəni insanların şəxsən sorğu-sual edilməsini də daxil etdi.
Yeganə