Suyun səviyyəsi xəbərdarlıq həddini keçdi
Çinin mərkəzində yerləşən Hubey əyalətinin paytaxtı Uhandan axan Yantszı çayında güclü yağışlar səbəbindən suyun səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.
Elchi.az xəbər verir ki, bu barədə Yantszı çayı üzərində yerləşən Hankou monitorinq stansiyası məlumat yayıb.
Məlumata görə, çərşənbə günü suyun səviyyəsi 25,11 metrə çataraq xəbərdarlıq həddini 0,11 metr ötüb.