Küveyt raket və pilotsuz təyyarə hücumlarının qarşısını almağa çalışdığını açıqladı
Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının qarşısını almağa çalışdığını açıqladı.
Elchi.az xəbər verir ki, Küveyt ordusunun sosial mediadakı rəsmi hesabında verilən açıqlamada “Hava hücumundan müdafiə sistemlərimiz raket və PUA hücumlarının qarşısını almağa çalışır” deyildi.
Bəyanatda hücumun mənbəyi haqqında heç bir məlumat verilməsə də, eşidilə bilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin “düşmən hücumlarının” qarşısını alması səbəbindən olduğu bildirildi.
ABŞ prezidenti Donald Trampın İrana hücum təhdidindən sonra ABŞ ordusunun gecə saatlarında başlayan bombardmanı İranda Hörmüz boğazı yaxınlığındakı əraziləri hədəf aldı.
Şayəstə