SVT: Fransa İsveçin şimalındakı NATO bazasına 200 hərbçi yerləşdirəcək

Reklam sahəsi

Fransanın silahlı qüvvələri İsveçin rəhbərlik etdiyi FLF (Forward Land Forces) Finlandiya bazasına qoşulduqdan sonra, İsveçin şimalındakı Budene qəsəbəsində iki yüz fransız əsgəri yerləşdiriləcək.

Elchi.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Qərarın iyulun 8-də Fransa Prezidenti Emmanuel Makron və İsveç Baş naziri Ulf Kristerssonun Ankarada keçirilən NATO sammitindəki görüşündə qəbul ediləcəyi gözlənilir.

SVT-nin yazdığına görə, söhbətin konkret olaraq hansı Fransa bölməsindən getdiyi hələlik məlum deyil, lakin subarktik şəraitdə qış döyüş əməliyyatları üzrə ixtisaslaşmış dağ qoşunlarının adı çəkilir.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir