NATO bəyannaməsi: Üzv ölkələr Ukraynaya 2026-cı ildə 70 milyard avro ayıracaq
NATO ölkələri 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracaq, həmçinin 2027-ci ildə də ölkəni analoji səviyyədə dəstəkləmək öhdəliyi götürürlər.
Elchi.az xəbər verir ki, bu barədə NATO-nun Ankaradakı sammitinin yekun bəyannaməsində qeyd olunub.
Sənəddə bildirilir: “2026-cı il üçün NATO ölkələri Ukraynaya hərbi texnika, yardım və təlim proqramları üçün 70 milyard avro ayırmağı öhdələrinə götürürlər və 2027-ci ildə də ən azı analoji səviyyədə dəstək göstərməklə bağlı öz suveren öhdəliklərini qoruyurlar”.
Məryəm