İran ABŞ-ı müvəqqəti atəşkəsin “kobudcasına” pozulmasına görə qınadı.

Reklam sahəsi

Reuters: İran ABŞ-ı atəşkəs memorandumunun müddəalarını pozmaqda ittiham etdi.
Elchi.az xəbər verir ki, ABŞ-ın İrana qarşı təkrar hücumları, eləcə də Tehranın neft satış lisenziyasının ləğvi memorandumdakı atəşkəs müddəasını təsirsiz hala gətirir. Reuters-in istinad etdiyi açıqlamaya görə, bu barədə İran Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik açıqlamasında bildirib ki, “İrana qarşı təkrarlanan qanunsuz hücumlar, ABŞ Maliyyə Nazirliyinin İranın neft satış lisenziyasını ləğv etmək qərarı ilə birlikdə…, Hörmüz boğazı üçün İran qaydalarının pozulması və İsrailin Livana davamlı hücumları vacib və fundamental müddəaları təsirsiz hala gətirib”.
İran Xarici İşlər Nazirliyi ABŞ Maliyyə Nazirliyinin qərarının memorandumun 15-ci maddəsinin “kobudcasına pozulması” olduğunu vurğulayıb və Vaşinqtonu münaqişənin nəticələrinə və eskalasiyasına görə məsuliyyətə cəlb edib. Tehran həmçinin qonşu dövlətləri ABŞ-ın İrana qarşı hücumlara başlamasına icazə verməyin nəticələri barədə xəbərdar edib.
Bir neçə saat əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun İrana qarşı yeni bir sıra hücumlar həyata keçirdiyini açıqlayıb. Agentlik 80-dən çox hədəfə hücum edildiyini bildirib. Mərkəzi Komandanlıq bu hücumları “İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə son hücumlarına cavab” kimi təsvir edib.
Partlayışlar Hörmüz boğazındakı İranın Qeşm adasında, eləcə də İranın cənubundakı Xarq adasında baş verib. Bir neçə partlayış İslam Respublikasının Bəndər Abbas və Sirik şəhərlərində də baş verib.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir