Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv edəcəyinə söz verdi
Amerika Birləşmiş Ştatları, Ankaranın Rusiyadan “S-400” zenit-raket kompleksləri alması səbəbindən daha əvvəl Türkiyəyə qarşı tətbiq edilmiş birtərəfli sanksiyaları ləğv etmək niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi ikitərəfli görüşdə: “Sanksiyaları ləğv edəcəyimizi deyə bilərəm”, — bəyan edib.
ABŞ və Türkiyə liderlərinin danışıqları Ankarada, NATO sammiti çərçivəsində baş tutur.
Məryəm