Ərdoğan Trampı Ankara hava limanında qarşıladı

Reklam sahəsi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, təyyarəsi təxminən yarım saat əvvəl Türkiyə paytaxtına eniş edən ABŞ lideri Donald Trampı qarşılamaq üçün Ankara hava limanına gəlib.

Elchi.az xəbər verir ki, Ərdoğan Trampı prezident təyyarəsinin yanında salamlayıb, daha sonra onlar söhbət edərək terminal binasına doğru yönəliblər. Qarşılanma mərasimini demək olar ki, bütün Türkiyə telekanalları canlı yayımlayır.

Adətən Ərdoğan xarici liderləri qarşılamaq üçün hava limanına gəlmir və bu vəzifəni digər rəsmi şəxslərə tapşırır. Bu dəfə də onun Trampı şəxsən salamlayacağı barədə əvvəlcədən məlumat verilməmişdi.

Hava limanından sonra Tramp və nümayəndə heyəti iki prezidentin ikitərəfli danışıqlarının keçiriləcəyi Beştəpə Prezident Kompleksinə yollanacaq. Axşam saatlarında isə Tramp Ankarada Alyansın sammitinə start verəcək rəsmi şam yeməyində NATO ölkələrinin liderlərinə qoşulacaq.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir