Polşa 2022-ci ildən bəri Ukraynaya 4,5 milyard dollar dəyərində silah verib
Polşa 2022-ci ilin fevralından bəri Kiyevə 16,4 milyard zloti (təxminən 4,5 milyard dollar) dəyərində silah və hərbi texnika təhvil verib.
Elchi.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış jurnalistlərə məlumat verib.
Onun təqdim etdiyi məlumata görə, bu təchizatın əsas hissəsi — ümumilikdə 14,9 milyard zloti (4,1 milyard dollar) dəyərində olanı — 2022–2023-cü illərdə, “Hüquq və Ədalət” partiyasının hakimiyyətdə olduğu dövrdə Ukrayna Silahlı Qüvvələrinə verilib. Nazir qeyd edib ki, ölkənin hazırkı hakimiyyəti Ukraynaya 1,5 milyard zloti (0,4 milyard dollar) dəyərində hərbi yardım göstərib.
O, həmçinin Varşavanın həqiqətən də Kiyevə Patriot raketlərini təhvil verdiyini təsdiqlədi:
“Alyansın Baş katibinin və ABŞ-ın Avropa Komandanlığının təklifi və xahişi ilə, eləcə də Patriot sisteminin istifadəçiləri qrupu ilə məsləhətləşmələrdən sonra Patriot raketlərinin Kiyevə təhvil verilməsi qərarı verildi. Təhvil verilən miqdar bizim imkanlarımızı aşmır və Polşanın hava hücumundan müdafiə qabiliyyətinə təsir göstərmir”, – Kosiniak-Kamış deyib.
Yeganə