Ukraynada PUA-nın zərərsizləşdirilməsi zamanı “Mi-8” helikopteri qəzaya uğrayıb, bütün heyət həlak olub

Reklam sahəsi

Ukraynanın “Mi-8” hərbi helikopteri Poltava vilayətində dronların zərərsizləşdirilməsi zamanı qəzaya uğrayıb.

Elchi.az  xəbər verir ki, bu barədə bu gün UNİAN Ukraynanın Lvov vilayətinin Brodi şəhər şurasına istinadən məlumat yayıb.

“30 iyun 2026-cı ildə düşmənin pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirilməsi üzrə döyüş tapşırığını yerinə yetirərkən “Mi-8″ helikopterinin heyəti həlak olub”, – məlumatda bildirilib.

Məlumata görə, hadisə nəticəsində kapitan Yuri Voron, mayor Valentin Mukşinov, baş leytenant Boqdan Xmel və kiçik çavuş Mixail Deryaqanın da daxil olduğu bütün heyət həlak olub.

Rusiya güc strukturlarından TASS-a verilən məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin ordu aviasiyasının 16-cı əlahiddə briqadasının helikopter eskadrilyasının şturman-pilotu Valentin Mukşinov Poltava vilayətində “Geran” zərbə dronlarının tətbiqi ilə Rusiya Ordusu tərəfindən öldürülüb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir