Tramp Ukraynada sülhün zənn edildiyindən “çox daha yaxın” olduğunu hesab edir
ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhün zənn edildiyindən “çox daha yaxın” olduğunu güman edir.
Elchi.az xəbər verir ki, bu barədə amerikalı lider Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən bəyan edib.
“Hesab edirəm ki, biz bu məsələdə nizamlanmaya insanların təsəvvür etdiyindən çox daha yaxınlaşırıq”, — deyib.
Məryəm