İranda ABŞ ilə danışıqların statusu açıqlanıb
Yekun sazişin hazırlanması üzrə İran və ABŞ arasındakı danışıqlar hələ başlamayıb.
Elchi.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.
“Razılaşmaların icrasına nəzarət və yekun saziş üzrə danışıqların hazırlanması üçün işçi qrupları artıq formalaşdırılıb, lakin bu formatlarda danışıqların özü hələ başlamayıb”, — deyə diplomat bildirib.
Bununla yanaşı qeyd olunur ki, Qətərə səfəri çərçivəsində Qəribabadi bu ölkənin Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə də görüş keçirib.
Həmçinin, CNN-in mənbəsinin verdiyi məlumata görə, danışıqlarda birbaşa iştirak etməyən ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də çərşənbə axşamı Əl Tani ilə görüşüblər.
Məryəm