Rusiya Kiyevi ballistik raketlərlə vurur

Reklam sahəsi

Rusiya Ukraynanın paytaxtı Kiyevi ballistik raketlərlə hədəfə alıb. Şəhər mərkəzində partlayış səsləri eşidilib. Hücumlarda bir nəfər ölüb, 21 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Rusiya Ukraynanın paytaxtı Kiyevi ballistik raketlər və dronlarla vurub.
Hücumdan sonra ukraynalılar sığınacaqlara və metrolara sığınıblar. Hücumun kruiz raketləri və dronlarla həyata keçirildiyi öyrənilib.
Rusiyanın “Oreşnik” tipli ballistik raketlərdən istifadə etdiyi iddia edilib.
ABŞ-ın Kiyevdəki səfirliyi hücumdan bir neçə saat əvvəl xəbərdarlıq edib. Onlar Ukraynaya genişmiqyaslı hava hücumu barədə məlumat aldıqlarını və ABŞ vətəndaşlarına sığınacaqlara getməyə hazır olmalarını tövsiyə etdiklərini bildiriblər.
Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya ordusunun şəhərə gecə yarısından bəri həyata keçirdiyi hava hücumları nəticəsində bir nəfər ölüb, 21 nəfər yaralanıb.
Kliçko sosial media hesabında yazılı açıqlamasında bildirib ki, Rusiyanın Kiyevə hava hücumları gecə yarısından bəri davam edir.
Kliçko hücumlar nəticəsində bir nəfərin öldüyünü, 21 nəfərin yaralandığını bildirib. O, hücumda raket və dronlardan istifadə edildiyini bildirib və Kiyevdəki bəzi mənzil binalarına ziyan dəydiyini qeyd edərək deyib: “Zərər paytaxtın bütün rayonlarında baş verib”. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yazılı açıqlamasına görə, Rusiya ordusu ölkənin müxtəlif bölgələrinə raket və dron hücumlarını davam etdirir.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir