Lukaşenko 32 nəfəri əfv edib
Belarusun Müstəqillik Günü ərəfəsində dövlət başçısı Aleksandr Lukaşenko 32 nəfəri əfv edib, onlardan 28-i ekstremistlərlə bağlı cinayətlərə görə məhkum edilib.
Elchi.az xəbər verir ki, prezidentin mətbuat xidmətinə yaxın “Pul Pervogo” Teleqram kanalının məlumatına görə, Belarus lideri 20 qadın və 12 kişini əfv edib.
Qərarın məhkumlar və onların ailələri ilə bağlı humanitar əsaslarla qəbul edildiyi bildirilir.
Telekanalın məlumatına görə, əfv olunanların hamısı günahlarını etiraf edərək və peşman olduqlarını bildirərək əfv olunması üçün vəsatət veriblər.
Yeganə