Venesuelada zəlzələdən ən çox zərər çəkən ştata giriş məhdudlaşdırıldı
Venesuela hökuməti zəlzələdən ən çox zərər çəkən La-Quayra ştatına girişi məhdudlaşdırıb.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Diosdado Kabello məlumat verib.
Nazirin sözlərinə görə, bu bölgəyə getmək istəyən şəxslər müəyyən edilmiş qaydalara əməl etməli, o cümlədən qeydiyyat prosedurundan keçməlidirlər. O bildirib ki, bu tədbirlər xilasetmə işlərinin daha səmərəli aparılmasını təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, iyunun 24-ü axşam saatlarında Venesuelada baş vermiş zəlzələ nəticəsində 920 nəfər həlak olub. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Əsas zəlzələdən sonra bölgədə 200-dən çox afterşok baş verib.