Şimali Koreya lideri Kim yeni silahların sınaqlarını izləyib

Reklam sahəsi

Şimali Koreya lideri Kim Çen In çoxsaylı raket buraxıcılarının və digər yeni silahların sınaqlarını izləyib.
Elchi.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen In Koreya müharibəsinin (1950-1953) başlamasının ildönümündə ölkəsində yeni silahların sınaqlarını izləyib.
Çoxsaylı raket buraxıcılarının sınaqlarına, taktiki ballistik raketlər üçün döyüş başlıqlarına və uzun mənzilli raketlərin hədəf alma qabiliyyətlərinə nəzarət edən Kim sınaq nəticələrindən məmnunluğunu bildirib.
Kim son sınaqların silah texnologiyasında əhəmiyyətli irəliləyişlər olduğunu vurğulayıb.
Düşmənləri daim narahatlıq və qorxu içində saxlamağın vacib olduğunu qeyd edən Kim bildirib: “Düşmənlərimizin bütün uzun mənzilli zərbə vasitələrimizin təkmilləşdirilmiş versiyalarla əvəz olunduğunu mümkün qədər tez öyrənmələrini təmin edəcəyik”.
Hesabatda sınaqdan keçirilən silahların ölkənin arsenal və raket sistemlərini modernləşdirmək layihəsi çərçivəsində “vacib silahlar” olduğu vurğulanıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir