Livan Səhiyyə Nazirliyi: Eskalasiya başlayandan bəri ölənlərin sayı 4 230 nəfərə çatıb

Reklam sahəsi

Martın 2-də eskalasiya başlayandan bəri İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı 4 230-a, yaralıların sayı isə 12 179 nəfərə çatıb.

Elchi.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

Nazirlikdən vurğulanıb ki, iyunun 19-dan tərəflər arasında müəyyən edilmiş barışığa rəğmən, İsrail atəşkəs rejimini pozmağa davam edir.

“İyunun 23-dən etibarən İsrailin hücumları nəticəsində Nəbatiyyə şəhəri ərazisində 7 nəfər həlak olub”, – Səhiyyə Nazirliyindən əlavə edilib.

Bundan əlavə, ölkənin cənub rayonlarında axtarış-xilasetmə işləri zamanı bombardmanlarda ölən 29 vətəndaşın meyiti tapılıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir