Bu ölkə də OPEC-i tərk edə bilər

Reklam sahəsi

İraq hakimiyyəti Bağdadın hasilat kvotasını artırmaq təklifi rədd edilərsə, Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmağı düşünür.

Elchi.az xəbər verir ki, bu barədə İraq hökumətindəki mənbələr məlumat yayıb.

“İraqın Neft Nazirliyi cümə axşamı bildirib ki, təşkilat neft hasilatını artırmasa, ölkənin OPEK-ə üzvlüyünə yenidən baxa bilər”,-deyə hesabatda qeyd olunub.

Bildirilir ki, neft hasilatının tavanının artırılması və ya OPEK-dən çıxma ilə bağlı istənilən qərar böyük ehtimalla İraqın baş naziri Əli əl-Zeydinin iyulun ortalarına planlaşdırılan Vaşinqtona səfərindən sonra veriləcək.

                                                                                                                                                                                                                                Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir