Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq – FƏRMAN

Reklam sahəsi

Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq.

Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Maliyyə icarəsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs və ya xarici hüquqi şəxsin yerli filialı maliyyə icarəsi fəaliyyətini Mərkəzi Bank tərəfindən aparılan maliyyə icarəsi verənlərin reyestrinə daxil edildikdən sonra həyata keçirə bilər. Reyestrə daxil edilmə üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək. İcarəyə verənin (xarici hüquqi şəxsin yerli filialı istisna olmaqla) filialı tərəfindən maliyyə icarəsi fəaliyyəti Mərkəzi Banka məlumat verilməklə həyata keçirilə bilər.

Mərkəzi Bank tərəfindən aparılan reyestr ictimaiyyət üçün açıqdır. Reyestrə icarəyə verənlərin adları, hüquqi ünvanı, filialları, idarəetmə funksiyalarını həyata keçirən şəxslərin adları, reyestrə daxiledilmə nömrəsi və tarixi, maliyyə icarəsi fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması, habelə reyestrdən çıxarılmış icarəyə verənlər haqqında məlumatlar daxil edilir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir