Çin orbitə yeni rabitə peyki çıxarıb
Çin, ölkənin cənubundakı Haynan əyalətində yerləşən Vençan kosmodromundan yeni eksperimental rabitə texnologiyaları peykini uğurla kosmosa buraxıb.
Elchi.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayır.
Buraxılış çərşənbə axşamı Pekin vaxtı ilə saat 10:10-da (Bakı vaxtı ilə 06:10-da) modifikasiya olunmuş “Çançjen-7” (Long March-7) daşıyıcı raketi vasitəsilə həyata keçirilib. Kosmik aparat uğurla nəzərdə tutulan orbitə daxil olub.
Çin rəsmilərinin verdiyi məlumata görə, peyk peyk rabitəsi, radio və televiziya yayımı, məlumatların ötürülməsi xidmətlərinin göstərilməsi, həmçinin yeni kommunikasiya texnologiyalarının sınaqdan keçirilməsi və yoxlanılması üçün nəzərdə tutulub.
Bu buraxılış “Çançjen” seriyalı daşıyıcı raketlər üçün 653-cü missiya olub.
Məryəm