Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb

Reklam sahəsi

İslamabad Anlaşma Memorandumunun imzalanmasının davamı olaraq, 21 iyun 2026-cı il tarixində İsveçrənin Bürgenştok şəhərində texniki səviyyəli danışıqlar keçiriləcək.

Elchi.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında paylaşım edib.

Məlumatda bildirilib ki, müzakirələrdə ABŞ və İran nümayəndələri, eləcə də Pakistan və Qətərdən olan vasitəçilər iştirak edəcəklər.

Qeyd olunub ki, Pakistan vasitəçi qismində prosesə dəstəyini davam etdirəcək. Məqsəd isə İslamabad Anlaşma Memorandumu çərçivəsində əldə olunmuş razılaşmaların irəlilədilməsi və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsidir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir