DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı
İyunun 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 9 tüfəng, 1 patron darağı və 9 ədəd patron aşkar edərək götürüblər.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.