ABŞ rəsmisi: İsrail və Hizbullah atəşkəs barədə razılığa gəliblər

Reklam sahəsi

ABŞ-ın yüksək vəzifəli rəsmisi Reuters agentliyinə bildirib ki, İsrail və Hizbullah cümə günü yerli vaxtla saat 16:00-da atəşkəs barədə razılığa gəliblər.
Elchi.az xəbər verir ki, rəsmi şəxs “Hizbullah və İsrail atəşkəs barədə razılığa gəliblər” deyə əlavə edib və ABŞ və Qətər danışıqçılarının İranın köməyi ilə razılığa gəldiyini bildirib.
İsrail mətbuatı: İsrail rəsmiləri Hizbullahla yeni atəşkəsin qüvvəyə mindiyini, lakin İsrail ordusunun Livanın cənubundakı işğal olunmuş ərazilərdən geri çəkilməyəcəyini bildiriblər.
Hizbullah mənbələri bildiriblər ki, “Biz atəşkəs elan edildikdən sonra onu tətbiq etməyə başladıq”.
Livan mətbuatı: Atəşkəsə baxmayaraq, işğalçı İsrail ordusu Nəbatiyyə və Livanın cənubundakı digər şəhərlərə ardıcıl hava hücumları həyata keçirib və nəticədə ölən və yaralananlar olub.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir