Son 5 ildə Təhsil Tələbə Krediti Fondu 124,8 milyon manat xərcləyib

Reklam sahəsi

Son 5 ildə Təhsil Tələbə Krediti Fonduna 124,8 milyon manat vəsait ayrılıb.

Elchi.az xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.

Sənədə əsasən, 2021-ci ilin dövlət büdcəsindən fonda 80 milyon, 2022-ci ildə 22 milyon, 2023-cü ildə 8 milyon, 2024-cü ildə 8 milyon, 2025-ci ildə də 6,8 milyon manat vəsait ayrılıb.

Beş il ərzində cəmi 70 min 393 nəfərə 64,3 milyon manat, o cümlədən 24 min 437 nəfərə (34,7 faiz) 25,1 milyon manat sosial, 45 min 956 nəfərə (65,3 faiz) 39,2 milyon manat standart təhsil tələbə krediti verilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir