Merts: “Sülh danışıqlarında Rusiya, ABŞ, Avropa və Kiyev mütləq iştirak etməlidir”

Reklam sahəsi

Ukrayna üzrə danışıqlarda Rusiya, ABŞ, Avropa və Kiyev nümayəndələri iştirak etməlidir.

Elchi.az xəbər verir ki, b barədə Almaniya kansleri Fridrix Mers bəyan edib.

Mersin sözlərinə görə, Almaniya münaqişənin danışıqlar yolu ilə dayandırılması səylərini dəstəkləyir.

“Ukrayna üçün hədəfimiz bizim də təhlükəsizlik sahəsindəki maraqlarımızı nəzərə alan ədalətli və uzunmüddətli sülh olaraq qalır. Davamlı sülhə yalnız Ukrayna, Rusiya, ABŞ və Avropanın iştirakı ilə aparılan danışıqlar yolu ilə nail olunacaq. Başqa cür mümkün olmayacaq”, — deyə kansler bildirib.

O, həmçinin Almaniyanın bundan sonra da Ukraynanı dəstəkləyəcəyini vurğulayıb. Mers qeyd edib ki, hazırda AB Rusiyaya qarşı təzyiqləri gücləndirir, Rusiyanın “kölgə donanması”na qarşı tədbirlər görür, Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzərində işləyir, eləcə də “Rusiyanın aşkar eskalasiya hazırlığına müqavimət göstərmək üçün” NATO-nun şərq cinahının möhkəmləndirilməsi ilə məşğul olur.

Məryəm

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir