Tramp: ABŞ İranın atəşkəs dövründə bərpa etdiyi potensialın 55%-ni məhv edib
ABŞ hərbçiləri İranın atəşkəs rejiminin qüvvədə olduğu müddətdə bərpa etdiyi hərbi potensialının təxminən 55%-ni məhv edib.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, çərşənbə gününə keçən gecə endirilən zərbələr zamanı ABŞ İran tərəfinin atəşkəs dövründə bərpa etməyə çalışdığı radarları və hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb. Bununla belə, Tramp iddia edir ki, Tehran silahlı münaqişə zamanı itirdiyi hərbi potensialın yalnız “kiçik bir faizini” bərpa edə bilmişdi və bərpa olunan həmin hissənin də 55%-i ABŞ-ın son zərbələri ilə darmadağın edilib.
Məryəm