Qətər nümayəndə heyəti ABŞ-İran sazişini tamamlamaq üçün Tehrandadır
Qətər nümayəndə heyəti danışıqlar aparmaq və ABŞ ilə məsləhətləşmələrdən sonra mümkün sazişi imzalamaq üçün Tehrana gəlib.
Elchi.az xəbər verir ki, bu barədə ISNA və “Reuters” agentlikləri məlumat yayıb.
İranın ISNA agentliyinin məlumatına görə, əmirliyin nümayəndələri çərşənbə günü günorta saatlarında Tehrana çatıblar. Tərəflərin ikitərəfli münasibətləri, regional gündəliyi və “ABŞ tərəfindən məcbur edilən müharibənin dayandırılması üzrə diplomatik proseslə bağlı son hadisələri” müzakirə edəcəyi gözlənilir.
Öz növbəsində, “Reuters” agentliyi məlumatlı rəsmiyə istinadən qeyd edir ki, Qətər danışıqlarçıları ABŞ tərəfi ilə məsləhətləşmələrdən sonra İrana yollanıblar. Səfərin məqsədi Tehran və Vaşinqton arasındakı saziş üzərində işi tamamlamaqdır.
Məryəm