Vaydel: Merts Almaniyanı Rusiya ilə münaqişəyə sürükləyir

Reklam sahəsi

“Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel hesab edir ki, AFR kantsleri Fridrix Merts Ukraynanın maraqlarını öz ölkəsinin maraqlarından üstün tutur və Berlini Moskva ilə birbaşa münaqişəyə sürükləyir.

Elchi.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Merts Ukraynanın təhlükəsizlik sahəsindəki maraqlarını Almaniyanın maraqlarından üstün tutur. Moskva ilə yenidən dialoqa başlamaq və vasitəçilik etmək əvəzinə, o, Almaniyanı Rusiya ilə birbaşa münaqişəyə daha da dərindən sürükləyir”, — deyə o, bildirib. Vaydel bu cür yanaşmanı “məsuliyyətsiz və son dərəcə təhlükəli” adlandırıb.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir