Zelenskinin BMT-dən istəyi: “Rusiyanın cəzası “sülh formulu”nun bir hissəsi olmalıdır”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının sessiyasında görüntülü çıxış edib.

O, çıxışında Rusiyanı dünya təşkilatının Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb.

“Nə qədər ki, təcavüzkar ölkə beynəlxalq təşkilatlarda qərarların qəbulu prosesində iştirak edir, o, ən azından, təcavüz davam etdiyi müddətdə təcrid olunmalıdır. BMT Təhlükəsizlik Şurasının üzvü olduğu halda onu səsvermə hüququndan, nümayəndə heyətləri göndərmək hüququndan, veto hüququndan məhrum etmək lazımdır”, – deyə Zelenski qeyd edib.  

Ukrayna liderinin sözlərinə görə, Rusiyanın cəzası “sülh formulu”nun bir hissəsi olmalıdır. Bu formul beynəlxalq təşkilatlarda təcridlə yanaşı, müxtəlif sanksiyaları, ticarətin bloklanmasını və dəymiş ziyanın ödənilməsini nəzərdə tutur.

Mənbə: TASS

Oxu.az

Bu yazılara da göz atın...