Zelenskinin avtomobili qəzaya düşdü: Xəsarət alan var – VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Ukrayna Prezidenti Volodimir Zelenskinin avtomobili Kiyevdə qəzaya düşüb.

Bu barədə Prezidentin mətbuat katibi Serqey Nikiforov “Facebook” hesabında məlumat verib.

“Kiyevdə Ukrayna Prezidentinin avtomobili və onu müşayiət edən maşınlar minik avtomobili ilə toqquşub”, – deyə mətbuat katibi bildirib.

O qeyd edib ki, dövlət başçısını müşayiət edən həkimlər minik avtomobilinin sürücüsünə dərhal tibbi yardım göstərib və təcili tibbi yardım maşınına təhvil veriblər”.

Nikiforovun sözlərinə görə, prezident həkim tərəfindən müayinə olunub, ciddi xəsarət aşkarlanmayıb.

“Qəzanın səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılacaq”, – deyə Nikiforov əlavə edib.

Oxu.az

Bu yazılara da göz atın...