Yeniyetmə qız yaralı halda 30 km avtomobil sürdü və başqa yaralıları minalanmış ərazidən çıxardı – VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Ukraynanın Popasnaya şəhərindən olan 15 yaşlı yeniyetmə qız yaralı olduğu halda 30 km avtomobil sürüb və digər yaralıları minalanmış ərazidən keçirib.

Onun sözlərinə görə, avtomobillə gedərkən rusiyalı hərbçilər onları atəşə tutublar. Maşında daha üç kişi və bir qadın olub. Onlar qəlpə yarası alıblar, birinin vəziyyəti xüsusilə ağır olub. Bundan sonra yeniyetməyə sükan arxasına keçmək təklif olunub. Bu səbəbdən avtomobili özü idarə etməli olub.

“Minalar şahmat sırası ilə düzülmüşdü, keçmək çox çətin idi”, – deyə qız bildirib.

Qızın sözlərinə görə, yolboyu meyitlər görüblər. Bir müddət getdikdən sonra yenidən rusiyalı hərbçilərin hücumuna məruz qalıblar. Bu dəfə yeniyetmənin özü də ayağından yaralanıb.

Ağrılara baxmayaraq, qız bacardığı qədər avtomobili idarə edib. Ancaq bir müddət sonra güllələrdən zədələnən avtomobilin mühərriki sönüb. Qız onu birtəhər işə salaraq avtomobilin mühərriki tamam yatana qədər müəyyən qədər yol qət edə bilib.

Mənbə: Truxa Ukraina

Oxu.az

Bu yazılara da göz atın...