Ukrayna kəşfiyyatı Rusiya hərbçisinin telefon danışığını tutdu: “Əllərim qan içindədir”

by admin

 

Ukraynanın xüsusi xidmət orqanları daha bir rusiyalı hərbçinin telefon danışığını dinləyə biliblər.

 

Telefon danışığı zamanı rusiyalı hərbçi  dinc insanları öldürdüyünü etiraf edir.

 

“Əllərim qan içindədir. Qəddarlıqla oğlanı, hərbçiləri, mülki insanları öldürdüm”, – deyə o bildirib.

 

O, həmçinin Rusiya ordusunun Ukraynada ağır itkilər verdiyini söyləyib. Onun sözlərinə görə, özü də şansı gətirdiyi üçün sağ qalıb:

 

“Mənə snayper atəş açdı. Ancaq dəbilqə taxmışdım, o həyatımı xilas etdi”.

 

Mənbə: Unian.net

Oxu.az

Bu yazılara da göz atın...