Ukrayna “Dronların ordusu” layihəsi üçün təxminən 20 milyon dollar topladı

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Ukrayna “Dronların ordusu” layihəsi çərçivəsində dron-kəşfiyyatçılar üçün təqribən 20 milyon dollar toplayıb. Avqustun 3-də bu multikopterlərin ilk partiyası cəbhəyə yola salınıb.

Bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib.

“Bu PUA-lar bu gün cəbhə xəttinə gedəcək. Onların arasında ən yaxşı dronlardan biri də “FlyEye”dir ki, sürəti 160 km/saata, uçuş məsafəsi isə 60 km-ə çata bilər. Bu, kəşfiyyatçılara düşmən xəttinin arxasına keçməyə və mühüm məlumatlar əldə etməyə imkan verəcək. “Dronlar ordusu” üçün artıq 751 milyon qrivna (20 milyon dollar) yığılıb. Avqustun sonunadək 200 kəşfiyyat dronunun alınması planlaşdırılır. Bununla bağlı Ukraynanın PUA istehsalçıları ilə danışıqlar aparılır”, – deyə Fedorov bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri DJI Matrice 300 dronları ilə gücləndiriləcək. Bu dronlar güclü kameralara və termal sistemlərə malikdir. 

Mənbə: Gazeta.ru

Oxu.az

Bu yazılara da göz atın...