Ukrayna Baş Qərargahı: “Azov”çu əsirlərin saxlanıldığı həbsxananı Rusiya ordusu vurub”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Rusiya Federasiyasının Silahlı Qüvvələri Donetsk vilayətinin Olenivka kəndində yerləşən və ukraynalı məhbusların da saxlandıqları islah müəssisəsini məqsədli şəkildə artilleriya atəşinə tutub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Bununla da işğalçı Rusiya ordusu Ukraynanı “müharibə cinayətləri” törətməkdə ittiham etmək, həmçinin orada saxlanılan ukraynalı əsir məhbuslara verilən işgəncələri və edamları gizlətmək istəyir”, – Ukrayna Baş Qərargahının açıqlamasında qeyd olunur.

Öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Raket Qoşunları və Artilleriya Komandanlığının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Yelenovka bölgəsinə raket və artilleriya zərbələri endirməyib.

“Ukrayna Silahlı Qüvvələrinin raket qoşunları və artilleriyası tərəfdaş ölkələrdən alınan yüksəkdəqiqlikli silahlar sayəsində yalnız Rusiya hərbi obyektlərinə müstəsna dəqiqliklə zərbələr endirir”, – Ukrayna tərəfinin məlumatında vurğulanır.

Xatırladaq ki, Olenivka qəsəbəsindəki həbsxananın bu gün atəşə tutulması nəticəsində azı 53 nəfər həlak olub, 75 nəfər yaralanıb. Rusiya tərəfi bu hadisədə Ukraynanı ittiham edir, həmçinin ölənlər arasında “Azov” alayından olan hərbçilərin də olduğunu gizlətmir.

Mənbə: Unian

Oxu.az

Bu yazılara da göz atın...