“Turkey” ifadəsini işlədən jurnalistə Çavuşoğlunun reaksiyası – VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada norveçli və irlandiyalı həmkarları ilə görüşüb. Tədbirdən sonra nazirlər kameralar qarşısına keçərək, sualları cavablandırıblar. Lakin bu tədbirdə ən yaddaqalan məqamlardan biri Çavuşoğlunun “Turkey” ifadəsini işlədən jurnalistə cavabı olub.

Müvafiq görüntüləri “Haber Global” yayıb.

Bildirilir ki, sual-cavab zamanı jurnalist İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Ankaranın qərarını soruşub və həmin vaxt “Turkey” ifadəsini işlədib. Çavuşoğlu isə bununla bağlı jurnalistə xəbərdarlıq edərək “güman edirəm ki, “Türkiyə” demək istəyirdiniz” deyə bildirib.

Jurnalist “əlbəttə” cavabı verərək sualını bir daha təkrarlayıb.

Xatırladaq ki, Türkiyənin tələbi ilə xarici dillərdə “Turkey” kimi istifadə edilən ölkənin adı BMT-də “Türkiyə” olaraq dəyişdirilib.

Oxu.az

Bu yazılara da göz atın...