Şolts: “Rusiyanın digər ölkəyə müdaxilə etməyəcəyinə zəmanət yoxdur”

by admin

Rusiyanın Ukraynaya hücumundan sonra digər ölkəyə müdaxilə etməyəcəyinə zəmanət yoxdur.

Bunu Almaniya kansleri Olaf Şolts isveçli və finlandiyalı həmkarları ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, son onilliklərdə Avropa sərhədlərin güc yolu ilə dəyişdirilməsi prinsipindən imtina edib və dövlətlərin suverenliyinə hörmətlə yanaşılmalı olduğunu təsdiqləyib.

“Rusiya bu status-kvonu pozub və ona görə də heç kim deyə bilməz ki, Rusiya prezidenti Vladimir Putin bir daha eyni şeyi etməyəcək”, – Almaniya lideri bildirib.

Kansler məhz bu səbəbdən ölkəsinin hərbi büdcəsini artırdığını, eləcə də Finlandiya və İsveçin NATO-ya qəbulunu dəstəklədiyini açıqlayıb.

Mənbə: unian.net

Oxu.az

Bu yazılara da göz atın...