Nigeriyada ritual üçün uşağın başını kəsən keşiş ölüm cəzasına məhkum edildi – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Nigeriyada keşiş və onun ortağı yeddi yaşlı uşağı öldürməkdə təqsirli bilinirlər. Onların bu cinayəti ayin yerinə yetirmək üçün etdiyi deyilir.

Hadisə İkorodu şəhərində baş verib. Din xadimi uşağın başını kəsib və onu kilsənin qurbangahının altına basdırıb, cəsədi isə kanala atıb.

Əvvəlcə təqsirləndirilən şəxslər günahlarını etiraf etməyiblər. Sonra törətdikləri cinayəti danışıblar. Onlar qətl törətmək məqsədilə əlbir olmaqda ittiham olunublar. Məhkəmə isə barələrində ölüm hökmü çıxarıb.

“Təqsirləndirilən şəxslər ağır cinayət törədiblər və heç bir mərhəmətə layiq deyillər. Onlar yeddi yaşlı uşağı qəsdən və qəddarlıqla qətlə yetiriblər. Onu və ailəsini parlaq gələcəkdən məhrum etdilər”, – deyə hakim vurğulayıb.

Mənbə: Gazeta.ru

Oxu.az

Bu yazılara da göz atın...