Mixail Podolyak: “Rusiya ilə danışıqlar dayandırılıb”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Rusiya-Ukrayna danışıqları dayandırılıb.

Bu barədə Ukrayna telemarafonunun efirində Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

O qeyd edib ki, cəbhədəki hadisələrdən fərqli olaraq rusların tələbləri dəyişmir.

“Bizdən fərqli olaraq, Rusiya Federasiyası müharibənin 82 günü ərzində başa düşmədi ki, Ukraynada vəziyyət heç də əvvəllər olduğu kimi deyil. Onlar öz direktivlərini dəyişmir, şantaj etməyə davam edir, bəzi mövqelərini açıq şəkildə bəyan edirlər… Orada hamı Ukraynaya qarşı hansısa iddialar irəli sürür, onlar guya “Ukrayna nasizmi”nin mövcud olduğu bir dünyada yaşayırlar. Artıq dünya bilir ki, bu gün nasizmin yalnız bir növü var – Rusiya nasizmi. Yəqin ki, bizim bu problemə daha hərtərəfli yanaşmağımız üçün bir müddət daha keçməlidir. Danışıqlar prosesi çərçivəsində Rusiyanın denasifikasiyası problemləri də mövcuddur”, – deyə Podolyak qeyd edib.

Onun sözlərinə görə, proses dayandırılıb, lakin bu o demək deyil ki, sonda tərəflər danışıqlar masasına əyləşməyəcək.

“Bu gün o (danışıq prosesi – red.) dayandırılıb. İstanbul kommünikesindən sonra heç bir dəyişiklik, irəliləyiş yoxdur. Rusiya Federasiyası hələ də öz stereotip düşüncəsində qalır. Amma istənilən müharibə danışıqlar masası arxasında bitəcək və bu prosesin moderatoru cənab Zelenski olacaq”, – deyə Prezident Ofisi rəhbərinin müşaviri əlavə edib.

Kiyevin “Putinin simasını xilas etmək üçün” müharibənin tez bir zamanda dayandırılmasını istəyən bəzi Qərb siyasətçilərinin mövqeyini nəzərə alıb-almayacağı ilə bağlı sualına Podolyak belə cavab verib ki, “Rusiya Federasiyası bu müharibəni avropalıların (bəzi) istədiyi formada dayandıra bilməyəcək”.

“Cənab Putinin “simasını xilas etməsi” üçün nəsə verməyə gəlincə, bu, mümkün deyil. Bu, sövdələşmə predmeti deyil: əgər biz nəyisə versək, bunu Ukrayna ictimaiyyəti qəbul etməyəcək və müharibə bununla bitməyəcək. Çünki istənilən “Minsk-2” təxirə salınmış müharibədir. Bu bizə lazımdırmı? Xeyr. Və bunu Avropa da başa düşməlidir”, – deyə Podolyak vurğulayıb.

Mənbə: UNİAN

Oxu.az

Bu yazılara da göz atın...