Fransa SQ-dən sürpriz: Estoniyada 100 desantçı “peyda oldu”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Fransa Silahlı Qüvvələri Estoniyada gözlənilməz hərbi təlim keçirərək, Rusiyaya qonşu olan ölkəyə 100-dən çox desantçı endirib.

Bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, çərşənbə axşamı keçirilən hava-desant əməliyyatı çox qısa müddətdə Fransanın 11-ci hava desant briqadasının 100-ə yaxın desantçısını Estoniya əsgərlərinin mühafizə etdiyi əraziyə endirməyə imkan verib.

Departament əlavə edib ki, Estoniyada tələsik təşkil edilən təlimlər Rusiyanın Ukraynadakı müharibəsi fonunda “strateji həmrəylik” aktı kimi həyata keçirilib.

“Hava-desant əməliyyatı Fransa Silahlı Qüvvələrinin fövqəladə vəziyyətlərə müdaxilə etmək və müttəfiq ölkəyə dəstək vermək qabiliyyətini nümayiş etdirir”, – deyə Fransa Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Mənbə: Yevropeyskaya pravda

Oxu.az

Bu yazılara da göz atın...