Estoniyanın baş naziri: “Hamı Putinə zəng vursa, o, təcrid olunduğunu başa düşməyəcək”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Əgər Qərb dövlətləri həqiqətən Rusiya Prezidenti Vladimir Putinin özünün təcrid olunduğunu dərk etməsini istəyirlərsə, onunla danışmağın heç bir mənası yoxdur. Bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib. Siyasətçi bu yolla Fransa lideri Emmanuel Makronu “telefon diplomatiyası”na görə tənqid edib”.

“Mənə elə gəlir ki, hamı ona zəng vursa, o, təcrid olunduğunu başa düşməyəcək. Beləliklə, əgər biz əslində “siz [Prezident Putin] təcrid olunmusunuz” mesajını çatdırmaq istəyiriksə, ona zəng etməyin – bunun mənası yoxdur”, – deyə Kallas qeyd edib.

“O, özünü diqqət mərkəzində hiss edir, çünki hamı onunla danışmaq istəyir. Bəs biz bundan nə əldə edirik?” – deyə o əlavə edib.

Mənbə: Gazeta.ru

Oxu.az

Bu yazılara da göz atın...