Donald Trampın ailəsinə və biznesinə qarşı rəsmi ittiham irəli sürüldü

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Nyu-Yorkun baş prokuroru Letisia Ceyms ABŞ-ın keçmiş prezidenti Donald Trampı maliyyə fırıldaqlarında ittiham edib.

O, brifinq zamanı bildirib ki, rəhbərlik etdiyi qurum Tramp, onun övladları və təşkilatının digər yüksək vəzifəli üzvləri ilə bağlı araşdırmaya başlayacaq.

Ceymsin sözlərinə görə, prosesin səbəbi qeyri-qanuni mənfəət əldə etmək üçün şirkətin aktivlərinin dəyəri ilə manipulyasiya edən Trampın vergidən yayınma və digər maliyyə fırıldaqları olub.

“Tramp ədalətsiz şəkildə varlanmaq və sistemi aldatmaq üçün öz sərvətini yalandan milyardlarla dollar şişirdərək, bununla da hamımızı aldadıb”, – deyə prokuror bildirib.

Təhlilçilər ittihamların Bayden administrasiyasının Donald Trampı 2024-cü il prezident seçkilərindən kənarda saxlamaq məqsədi daşıdığını bildirirlər.

Mənbə: riafan.ru

Oxu.az

Bu yazılara da göz atın...